11:28 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Venesuelanın prezidenti N.Maduro Ali Məhkəmədə çıxış edib

Rusiya Venesuelada vasitəçi ola bilər

© Sputnik / Stringer
DÜNYA
Qısa URL
35 0 0

Rusiya məsuliyyətli yanaşma göstərən bütün siyasi güclərlə əməkdaşlığa hazırdır

BAKI, 26 yanvar — Sputnik. Rusiya lazım olduqda Venesuela rəhbərliyi və müxalifət arasında münasibətlərin qurulmasında vasitəçi ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN-in Latın Amerikası departamentinin direktoru Aleksandr Şetenin bildirib.

"Biz bildirdik ki, əgər bizim səylərimizə ehtiyac varsa, biz bu səyləri göstərməyə hazırıq. Bizim bununla bağlı problemimiz yoxdur" - deyə Şetinin vurğulayıb.

Diplomat, həmçinin xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan edib ki, Rusiya məsuliyyətli yanaşma göstərən bütün siyasi güclərlə əməkdaşlığa hazırdır.

Xatırladaq ki, noyabrın 24-ü Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Əsas mövzular