05:30 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Ağ Ev qar altında

Dəhşətli soyuqlar 8 nəfərin canını alıb

© AP Photo / Pablo Martinez Monsivais
DÜNYA
Qısa URL
95 0 0

Qeyd edək ki, hazırda ABŞ-ın şimal-qərb ərazisində hava temperaturu -7 dərəcədir

BAKI, 22 yanvar — Sputnik. Bir neçə gündür ki, ABŞ-da davam edən dəhşətli soyuqlar 3 gündə 8 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli soyuq hava şəraiti ilə əlaqədar olaraq, ümumilikdə 280 uçuş təxirə salınıb.

Çikaqoda 12 yaşlı qız uşağı qarla oynayarkən üzərinə düşən qar uçqununun altında qalaraq dünyasını dəyişib. Fövqəladə hava şəraiti ilə əlaqədar olaraq yollarda baş verən qəzalar da ölümsüz nəticələnməyib.

Qeyd edək ki, hazırda ABŞ-ın şimal-qərb ərazisində hava temperaturu -7 dərəcədir.

Metereoloqlar isə bildiriblər ki, mövcud hava şəraiti nəticəsində 74 milyondan artıq amerikalı mövsümün ən soyuq hava şəraitindən təsirlənib.

Əlaqədar

Şimal bölgəsinə qar yağıb
Əhaliyə hava xəbərdalığı - Külək, yağış, qar
Bakıya qar yağacaq, rayonlarda yollar buz bağlayacaq - Nəhayət, qış gəldi
Teqlər:
mənfi, qəza, ölüm, şaxta, soyuq, ABŞ

Əsas mövzular