17:57 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
ABŞ prezidenti Donald Tramp

Donald Trampdan mühacirlərlə bağlı müsbət qərar

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
38 0 0

ABŞ prezidenti Donald Tramp bu dəfə immiqrantların leyhinə olan bir fikir səsləndirdi

BAKI, 21 yanvar — Sputnik. Ağ Ev rəhbəri Donald Tramp immiqrantları ölkəsindən uzaqlaşdırmaq istəmədiyini deyib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Tramp 12 milyona yaxın immiqrantın qeyri-qanuni yollarla ölkəsinə daxil olmasına baxmayaraq onlara qarşı sərt qərar verməyəcəyini deyib.

O həmçinin amnistiya ilə bağlı "Twitter" hesabında tvit paylaşıb: "Amnistiya mənim təklifimin bir hissəsi deyil. Amnistiya qərarı yalnız böyük sazişlərlə əlaqədar olaraq verilə bilər. Lakin hazırda qeyri-qanuni yolla ABŞ-a keçən 11 milyondan artıq şəxslə bağlı hansısa təkanverici addım atılmayacaq".

İngilis mediası isə Trampın immiqrantlarla bağlı son fikirlərinin həm də amnistiya baxımdan da pozitiv olduğunu qeyd edib. İngilis mediasının məlumatına görə, sərhəflərarası immiqrasiya razılığına əsasən müəyyən amnistiya gözlənilə bilər.

Əsas mövzular