09:53 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Kreml

Kreml Yaponiya baş nazirinə xəbərdarlıq etdi

© Sputnik / Natalya Seliverstova
DÜNYA
Qısa URL
48 0 0

Sinzo Abe Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün yanvarın 22-də Moskvaya səfər edəcək

BAKI, 20 yanvar — Sputnik. Yaponiyanın baş naziri Sinzo Abenin Tokionun Cənubi Kuril adalarına iddia etməsi barədə bəyanatı Moskvada yüksək səviyyədə keçiriləcək görüşü çətinləşdirir.

Sputnik Azərbaycan xəbər verir ki, belə bir bəyanatla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib: “Yaponlar danışıqlar prosesini qəlizləşdirdilər və bu, dəqiqdir”.

Sinzo Abe Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün yanvarın 22-də Moskvaya səfər edəcək. Tərəflər digər məsələlərlə yanaşı iki ölkə arasında sülh razılaşmasının imzalanmasıilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.

30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.) və çoxlu kiçik ada və qayalardan ibarət olan Sakit okeanın bu bölgəsi iki ölkə üçün strateji əhəmiyyət daşıyır.

Rəsmi Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir.

Əsas mövzular