18:30 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Qrip virusu, arxiv şəkli

"Donuz qripi" bəlası səngiyir

© Sputnik / Aleksey Danichev
DÜNYA
Qısa URL
108 0 0

Klinikalara və təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayında azalma var

BAKI, 15 yanvar — Sputnik. Gürcüstanda "donuz qripi"nə yoluxanlanların sayı azalır. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sağlamlığın Müdafiəsi Departamentinin rəhbəri Marina Daraxvelidze məlumat verib. 

Hazırda Gürcüstanda H1N1 virusu tüğyan edir. Bununla əlaqədar olaraq məktəblərdə və uşaq bağçalarında tətil elan edilib. Son məlumatlara görə, xəstəlikdən 16 nəfər dünyasını dəyişib.

Son ölüm halı yanvarın 14-də baş verib. Son hadisə zamanı "donuz qripi" virusuna görə 10 aylıq körpə vəfat edib.

Daraxvelidze bildirib ki, klinikalara müraciət edən xəstələrin sayı azalıb. Həmçinin, təcili tibbi yardım xidmətinə müraciət edənlərin də sayında azalma var.

Son məlumata görə, Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri qrip viruusuna yoluxub. Ölkədə 9 min nəfər virusa yoluxub, onlardan 42 nəfərinin vəziyyəti ağırdır.

"Donuz qripi" ilə mübarizə məqsədilə Gürcüstan Səhiyyə Nazirliyi əhaliyə həkim təyinatı ilə "Tamiflyu" preparatını pulsuz verir. Nazirliyin məlumatına görə, Gürcüstanda "donuz qripi" pandemiya halını almayıb. Buna baxmayaraq, qripin əlamətləri hiss edilən zaman həkimə müraciət etmək məsləhət görülür.

Əlaqədar

"Donuz qripindən" iki nəfər də öldü
"Donuz qripi"nin Azərbaycana niyə keçmədiyinin səbəbi məlum oldu
Baş epidemioloq Azərbaycanda “donuz qripi”nin olub-olmamasına aydınlıq gətirdi
Teqlər:
xəstə, virus, donuz qripi, Gürcüstan

Əsas mövzular