05:13 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Amazonun sahibi Ceff Bezos və həyat yoldaşı MakKenzi

Biznesmen xəyanətə görə 70 milyard itirə bilər

© AP Photo / Evan Agostini
DÜNYA
Qısa URL
32 0 0

Mütəxəssislər təxmin edir ki, mülk ikiyə bölünəcək.

BAKI, 10 yanvar — Sputnik. İnternet satışı üzrə lider olan “Amazon” saytının rəhbəri Ceff Bezos həyat yoldaşından boşanır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Makkenzi Bezos Ceff Bezos ilə boşanandan sonra dünyanın ən varlı qadını ola bilər. Belə ki, qadın boşanandan sonra həyat yoldaşının mülkü bölünərək ona 69 milyard dollar verilə bilər. Bu da Ceff Bezosu dünyanın ən varlı qadını edə bilər.

Belə ki, "Amazon"un rəhbəri Bezos 137 milyard dollara sahib olduğu deyilsə də, sonradan bu məbləğin 150 milyard dollar olduğu məlum olub.

Hazırda Bezos və onun vəkilləri mülkün bölünməsi barədə heç bir məlumat verməyiblər. Sadəcə mütəxəssislər təxmin edir ki, mülk ikiyə bölünəcək.

“Amazon”-un rəhbəri Ceff Bezos həyat yoldaşı Makkenzi ilə boşanma səbəbi də məlum olub. Milyonçu həyat yoldaşı ilə xəyanətə görə boşanır. Belə ki, Bezos ABŞ-dan olan aktrisa Loren Sançes ilə həyat yoldaşına xəyanət edib.

Əsas mövzular