09:53 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.9020
Hərbi gəmilər

Xəzərdə böyük təlim başlayır

© Sputnik / Aleksandr Galperin
DÜNYA
Qısa URL
148 0 0

Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib

BAKI, 6 yanvar - Sputnik. İran və Rusiya Dəniz Donanması Xəzər dənizində birgə axtarış-xilasetmə məşqləri həyata keçirəcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İran Dəniz Donanmasının komandanı, admiral Hüseyn Hənzadi “Mehr” agentliyinə açıqlamasında bildirib.

Birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq.

“Xəzər dənizində yaxşı əlaqələrə sahibik və bölgədə olan ölkələr də bu vəziyyətin fərqindədilər. Xəzərin təhlükəsizliyi bölgə ölkələri tərəfindən təmin olunur. Yaxın zamanda Rusiya Dəniz Donanması ilə birgə axtarış-xilasetmə məşqlərini həyata keçirəcəyik” - deyə admiral söyləyib.

Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib.

Əsas mövzular