Dünyanın ən uzun körpüsü istifadəyə verilir

© Sputnik / A. Ignatov / Mediabanka keçidƏl-Küveyt şəhərinin görünüşü
Əl-Küveyt şəhərinin görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Körpü Küveyt aqlomerasiyasını əks sahildə Küveyt buxtası ilə birləşdirəcək.

BAKI, 4 yanvar — Sputnik. Küveytdə dünyada ən uzun avtomobil körpüsünü istifadəyə verməyi planlaşdırırlar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən uzun körpüsü olacaq 48,5 kilometr uzunluğunda olan körpünün tikintisi 2019-cu ildə başa çatacaq.

Bu barədə "Arabian Business" nəşrində məlumat verilib.

Məlumata görə, Şeyx Cabir adını daşıyacaq körpünün tikilməsi üçün Koreyanın Hyundai şirkəti ilə 2,6 milyard dollarlıq müqavilə imzalanıb. Tikinti 6 il çəkib və bu ilin aprel ayında bitəcək.

Körpü iki hissədənn - 36,1 və 12,4 kilometrdən ibarət olacaq.

Körpü paytaxt Əl-Küveyt aqlomerasiyasını əks sahildə Küveyt buxtası ilə birləşdirəcək.

Hazırda dünyada ən uzun körpü Çinin şərqində Tsindao şəhərində yerləşir. Onun uzunluğu 42 kilometrdir.

Xəbər lenti
0