16:21 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
198 0 0

Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib

BAKI, 2 yanvar - Sputnik. Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib.

Sputnik Azərbaycan “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Loralai bölgəsində baş verib. Aralarında kamikadzenin də olduğu 4 terrorçunun hücumu nəticəsində Pakistan ordusunun 4 əsgəri həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.

Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib.

Əsas mövzular