Qədim Çin Divarlarının qalıqları tapılıb

© AFP 2024 / Frederick J. BrownÇində arxeoloji qazıntılar
Çində arxeoloji qazıntılar - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin qiymətləndirməyə görə, xarabalıqlar Min dövrünə (1368-1644) aiddir

BAKI, 29 dekabr — Sputnik. Çin arxeoloqları böyük Çin divarlarının hissəsi ola biləcək xarabalıqlar aşkarlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xarabalıqlar Tayxanşan dağlarında tapılıb.

İlkin qiymətləndirməyə görə, xarabalıqlar Min dövrünə (1368-1644) aiddir.

Mədəni dəyərlərin qorunması bürosunun əməkdaşı Szya Mintyanyanın sözlərinə görə, hələ 2007-ci ildə Min dövrünə aid Böyük Çin divarlarına aid 19 xarabalıq aşkar edilib. Böyük Çin Divarları qədim Çinin ən böyük arxitektur abidələrindən hesab edilir. Onun uzunluğu 21 min kilometrdən çoxdur.

Xəbər lenti
0