12:04 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
İran ordusunun əsgərləri

"İranın İraqda hərbi mövcudluğu sona çatdı"

© AP Photo / Ebrahim Noroozi
DÜNYA
Qısa URL
92 0 0

Mətbuat nümayəndələri ilə bir araya gələn səfir Məscidi İranın heç bir hərbi səviyyədə İraqda olmadığını bildirib

BAKI, 29 dekabr — Sputnik. "İranın İraqda hərbi mövcudluğu sona çatıb".

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın İraqdakı səfiri İrej Məscidi deyib.

Səfir İranın artıq İraqda hərbi mövcudluğunun müzakirə mövzusu olmadığını açıqlayıb.

Mətbuat nümayəndələri ilə bir araya gələn səfir Məscidi İranın heç bir hərbi səviyyədə İraqda olmadığını bildirib.

Diplomat bildirib ki, iranlı hərbi müşavirlər İraq dövlətinin tələbi üzərinə və İŞİD-ə qarşı mübarizəyə yardım etmək üçün İraqa gəlmişdi. İndi isə İraq dövləti İŞİD-ə qarşı yekun qələbəsini elan etdikdən sonra iranlı hərbi müşavirlər İrana geri qayıdıblar.

Səfir Məscidi amma İŞİD-in yekun məğlubiyyətinə baxmayaraq, ABŞ-ın bölgədəki hərbi mövcudluğunu qoruyub saxladığını dilə gətirib.

Diplomat ABŞ-ın İraqdan çəkilmək əvəzinə bu ölkədə hərbi mövcudluğunu daha da artırmağa başladığını, hətta yeni hərbi bazalar qurduğunu söyləyib.

Əsas mövzular