Rusiya vətəndaşı olmaq sadələşdirilir

Abunə olmaq
Sadələşdirilmiş qaydalar Rusiyaya könüllülük proqramı ilə köçmək istəyənlərə də aid ediləcək

BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı almağı sadələşdirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, prezident pasportları sadələşdirilmiş şəkildə veriləcək əcnəbilərin kateqoriyasını müəyyən etməyə imkan verən qanun imzalayıb.

Qanunvericiliyin dəyişməsi, ictimai-siyasi və iqtisadi vəziyyətlə, eləcə də müharibə və ya münaqişə şəraitində olan ölkələrdə yaşayan insanları Rusiya vətəndaşlığına qəbul etməyə imkan verəcək.

Qanun dekabrın 28-də hüquqi informasiyaların rəsmi internet portalında yayımlanıb

Sadələşdirilmiş qaydalar Rusiyaya könüllülük proqramı ilə köçmək istəyənlərə də aid ediləcək.

Xəbər lenti
0