05:15 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Braziliyanın prezidenti Mişel Temer

Braziliya prezidentinin adı yenidən korrupsiya qalmaqalında hallanır

© AP Photo / Gustavo Garello
DÜNYA
Qısa URL
10 0 0

Ehtimala görə, Temer 2017-ci ildə iki limanın müqaviləsini 70 ilə qədər uzatdığı zamanı pul alıb.

BAKI, 21 dekabr — Sputnik. Braziliyanın prezidenti Mişel Temer (2019-cu il yanvarın 1-i vəzifə müddəti bitir) 3-cü dəfə rüşvət və çirkli pulların yuyulması maddəsi ilə ittiham edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ona qarşı ittihamı ölkənin baş prokuroru Rekel Doc qaldırıb.

Prezidentin yeni oğurluğu "limanların idarəedilməsi qaydalarının sadələşdirilməsi" əmrinin verilməsi zamanı edilən korrupsiya istintaqı zamanı açılıb.

Ehtimala görə, Temer 2017-ci ildə iki limanın müqaviləsini 70 ilə qədər uzatdığı zamanı pul alıb.

Ölkə başçısı isə ittihamı təkzib edir və rüşvət qalmaqalına qarışmadığını sübut etməyə çalışır.

Məlumata görə, Temer Milli Konqresin aşağı palatası səs verdiyi halda məhkəmə qarşısına çıxarıla bilər.

2017-ci ilin oktyabr ayında Konqressin aşağı palatası ölkə başçısına qarşı ittihamı dəstəkləməyib. 

Xatırladaq ki, 2018-ci il oktyabrın 28-də Jair Bolsonaru Braziliyanın yeni prezindeti seçilib. Yeni ölkə başçısının andiçmə mərasimi 2019-cu il yanvar ayının 1-də olacaq.

Əsas mövzular