Hadisə paylaşımı ilə ağılları başdan aldı

© Instagram / HadiseHadisə və Bəyazit Öztürk
Hadisə və Bəyazit Öztürk - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni isə sosial şəbəkədəki hesabından Bəyazitlə birgə fotosunu yayıb

BAKI, 18 dekabr — Sputnik. Tanınmış türkiyəli müğənni Hadisə “Instagram” səhifəsində etdiyi paylaşımla gündəmə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki,  son günlər Hadisənin adı şoumen, aparıcı Bəyazit Öztürk ilə hallanır. “O Səs Türkiyədə” münsiflər heyətinin üzvü olan Hadisə və Bəyazit Öztürk arasında sevgi yaşandığı iddia edilir.

Müğənni isə sosial şəbəkədəki hesabından Bəyazitlə birgə fotosunu yayıb. Bəziləri bunu onlar arasında sevgi yaşandığı ilə bağlı Hadisənin etirafı kimi qəbul ediblər.

Xəbər lenti
0