19:06 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Almaniya xarici işlər nazirliyi

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar istəmədi

© AFP 2018 / JOHANNES EISELE
DÜNYA
Qısa URL
19 0 0

Yeni sanksiyalarla bağlı Avropa İttifaqı ölkələrində konsensus yoxdur

BAKI, 8 dekabr — Sputnik. Rəsmi Berlin Kerç boğazında baş verənlərlə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ideyasını dəstəkləmir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Mass bildirib.

O, vurğulayıb ki, Almaniya belə bir təkliflə çıxış etməyəcək: "Mənim fikrimcə, hazırda yeni sanksiyaların müzakirəsi düzgün olmazdı. Çünki, hazırda gərginləyin azaldılması üçün cəhdlər edilir" - deyə Mass vurğulayıb.

Almaniya XİN rəhbəri eyni zamanda vurğulayıb ki, yeni sanksiyalarla bağlı Avropa İttifaqı ölkələrində konsensus müşahidə etmir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Əsas mövzular