07:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Robert Koçaryan

Koçaryanı yenidən həbs etmək istəyirlər

© Sputnik / Andranik Ghazaryan
DÜNYA
Qısa URL
43 0 0

İyulun 28-i Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb

BAKI, 28 noyabr — Sputnik. İttiham tərəfi hesab edir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı həbs qətimkan tədbiri seçilməlidir. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş prokuroru Artur Davtyan bildirib.

"Hesab edirik ki, Koçaryan həbsdə qalmalıdır. Biz həbs olunmaq üçün lazımı sübutları göstəririk, lakin hansı qərarın veriləcəyini məhkəmə bilir" - deyə Davtyan bildirib.

Baş Prokuror bildirib ki, Apelyasiya məhkəməsində Koçaryan barəsində həbs qəti-imkan qərarının dəyişdirilməsi prosesində ittiham və şikayət edən tərəfi şəxsən təmsil edib. Davtyan bu gün də məhkəmə iclasında iştirak edəcək və ittiham edən tərəfin dəlillərini təqdim edəcək.

Qeyd edək ki, iyulun 28-i Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.

O, hüquqlarını müdafiə etdiyi keçmiş prezidentin həbsi barədə məhkəmənin qərarından şikayət veriləcəyini bildirib.

Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Lakin o avqustun 13-ü Apelyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Əlaqədar

Azərbaycan Koçaryanı necə xatırlayır - ekspert şərhi
Məhkəmə Koçaryanı azad etdi – O toxunulmazdır
Paşinyan tərəfdarlarının əks-hücumu: Koçaryan barədə sensasion faktlar açıqlandı
Putin Yerevanda Sarqsyan və Koçaryanla görüşəcək
“Paşinyan mənə nifrət edir” – Koçaryan amerikalılara danışdı
Teqlər:
Məhkəmə, Həbs, Robert Koçaryan, Ermənistan, Yerevan

Əsas mövzular