05:26 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Əli qandallanmış adam, arxiv şəkli

Honduras prezidentinin qardaşı həbs edilib

© Sputnik / Anar Mustafayev
DÜNYA
Qısa URL
6 0 0

Dövlət başçısının qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir

BAKI, 24 noyabr - Sputnik. Honduras prezidenti Xuan Orlando Ernandesin qardaşı Xuan Antonio Ernandes ABŞ-da həbs edilib.

"Report" xəbər verir ki, dövlət başçısının qardaşı noyabrın 23-də Mayamidə həbs edilib. Xuan Antonio Ernandesin 40 yaşı var. O, ixtisasca hüquqşünasdır. Dövlət başçısının qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.

Honduras prezidenti qardaşının həbsini şərh edib. O, bildirib ki, doğmaları Xuan Antonio Ernandesə dəstək üçün mümkün olan hər şeyi edəcəklər. 

Qeyd edək ki, Honduras prezidentinin bacısı İlda Ernandes ötən ilin dekabrında vertolyot qəzasında həlak olub.

Əsas mövzular