Selfi kişini 99 illik həbsdən qurtardı

CC0 / Wokandapix / selfieСелфи, фото из архива
Селфи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Facebook"da həmin gün ailəlikcə çəkilən foto sübut edib ki, kişi həmin gün sevgilisi ilə heç görüşməyib

BAKI, 24 noyabr — Sputnik. Texasda bir qadın sevgilisindən polisə şikayət edib. Qadın polisi inandırıb ki, sevgilisi onu qarın boşluğundan bıçaq ilə vuraraq yaralayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə kişiyə 99 illik həbs cəzası kəsib. Amma kişinin ailəsi pul verərək kişini müvəqqəti həbsdən çıxarıb. Ondan sonra kişinin ailəlikcə çəkdirdikləri şelfi kişini həbsdən qurtarıb.

Belə ki, "Facebook"da həmin gün ailəlikcə çəkilən foto sübut edib ki, kişi həmin gün sevgilisi ilə heç görüşməyib. Hadisə zamanı oradan 65 kilometr uzaqda olub.

Xəbər lenti
0