12:27 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
PKK-Kandil

ABŞ Türkiyəni arxadan vurmaqda davam edir

© AP Photo /
DÜNYA
Qısa URL
339 0 0

Vaşinqtonun Qəndilə tibbi yardım və silah göndərdiyi ortaya çıxıb

BAKI, 21 noyabr — Sputnik. ABŞ bir tərəfdən PKK üzvlərinin başına pul mükafatı qoyarkən, digər tərəfdən də PKK-nın bazasının yerləşdiyi İraqın Qəndil şəhərinə dərman daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu iddialar Türkiyə mətbuatında yer alıb. Bildirilir ki, son zamanlar ABŞ PKK terror təşkilatına dəstəyini daha da artırıb: "Vaşinqton PKK-nı idarə edən üç terrorçunun başına 12 milyon dollar mükafat qoyub. Digər tərəfdən isə, bu ölkənin Qəndilə tibbi yardım və silah göndərdiyi ortaya çıxıb. Silahlar Ərbildən PKK təşkilatının qərargahına çatdırılıb".

"Qəndilə silah və tibbi ləvazimatların göndərməsi ABŞ-ın ikiüzlü davranışına dair şübhələri bir daha haqlı çıxarıb. Dəqiq kəşfiyyat məlumatlarına görə, ABŞ, başlarına pul mükafatı qoyduğu Qəndildəki terrorçulara yardım göndərməyə davam edir" - deyə mətbuat vurğulayır.

Qeyd olunur ki, Suriyada PKK ilə qol-qola olan ABŞ, bu terror təşkilatına indiyədək 5 min yük avtomobili və 2 min təyyarə silah dəstəyi verib.

 

Əlaqədar

Türkiyə-ABŞ münasibətləri düzəlir, gözlər lirəyə zillənib
ABŞ kəşfiyyatının rəhbəri müdhiş qətlin izi ilə Türkiyəyə gəlib
ABŞ-dan təhdid mesajı: Türkiyə üçün üzücü qərar olacaq
ABŞ türkiyəli nazirlərə “yaşıl işıq” yandırdı
Teqlər:
yardım, Türkiyə, PKK, ABŞ

Əsas mövzular