15:17 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Qəzzada bombalanma

İki qonşu ölkə bir-birilərinin ərazisini bombalayıb - VİDEO

© REUTERS / Ahmed Zakot
DÜNYA
Qısa URL
672 0 0

Baş verənlər nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var

BAKI, 13 noyabr — Sputnik. İsrailin Qəzzada törətdiyi bombardımanda 4 nəfər fələstinli ölüb, 8 nəfər yaralanıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra açıqlama verib.

Onun sözlərinə görə, İsrailin dünən axşam saatlarında Qəzzaya endirdiyi raket zərbələri nəticəsində bölgədə qətliam yaşanıb. Məlumata görə, İsrail qırıcıları bir neçə saatlıq fasilədən sonra Qəzzaya yenidən hava zərbələri endirib.

Qeyd edək ki, İsrail qırıcıları daha əvvəlki hücumlarında, aralarında "Əl-Əksa" televiziyasının da olduğu 6 binanı darmadağın edib.

Baş verənlərlə bağlı İsrail tərəfdən də açıqlama verilib. Bildirilib ki, Qəzzadan atılan raketlər 30 israillinin xəsarət almasına səbəb olub. Bundan başqa, bildirilib ki, Aşkelon bölgəsində bir binaya tuş gələn raket zərbəsi nəticəsində 1 İsrail vətəndaşı həyatını itirib, digəri ağır yaralanıb.

 

Əlaqədar

Rusiya və İrandan Xəzərdə gözlənilməz gediş - İsrail gizli planı sızdırdı
İsrail Qəzza zolağını vurdu, fələstinlilərin blokadası başladı
Azərbaycan və İsrail Baş Qərargah rəisləri bir arada
İsrail bütün gecə Qəzzanı vurub
Teqlər:
bomba, Raket zərbəsi, Fələstin, Qəzza, İsrail

Əsas mövzular