14:55 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Tac, arxiv şəkli

Kralın “gizli qızı” test və varidat istədi

CC0 / skeeze / корона
DÜNYA
Qısa URL
123 0 0

Delfin 1968-ci ildə dünyaya gəlib və 18 yaşında atasının kim olduğunu öyrənib

BAKI, 8 noyabr — Sputnik. Məhkəmə Belçikanın keçmiş kralı II Albertin DNT testindən keçməsi barədə qərar çıxarıb. Bu onun özünü kralın qızı elan edən şəxsin atası olub-olmamasını müəyyən etmək üçün lazımdır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, belçikalı rəssam Delfin Boel 2013-cü ildən II Albertin DNT analizi verməsinə çalışıb. Qadın özünü kralın nikahdankənar qızı hesab edir və varidatın bir hissəsinə iddialıdır.

Delfinin anası Sibil de Seli-Lonqşan iddia edir ki, 1966-1984-cü illərdə II Albert ilə sevgili olub: “Mən düşünürdüm ki, infeksiyaya görə övladım dünyaya gələ bilməz. Ona görə də qorunmurduq”.

Delfin 1968-ci ildə dünyaya gəlib və 18 yaşında atasının kim olduğunu öyrənib. 

II Albert isə bunları qəbul etmir. Məhkəmə bu məsələyə birdəfəlik həll etmək üçün tüpürcəkdən nümunə götürməyi qərara alıb. Testin cavablarına uyğun olaraq məhkəmə qərar çıxaracaq.

Əlaqədar

Kral ailəsi işçi axtarır - maaş 3500 manat
Bakı gecələrinin işıqları: şəhər "kral yarışları”nın" qonaqlarını qəbul etməyə hazırdır
Kral gəlininin adı "porno ulduz" qalmaqalında
Kral ailəsinin hədiyyələri satışa çıxarıldı
Kral ölkənin borclarını qaytarmaq üçün bu addımı atdı
Teqlər:
övlad, DNT analizi, kral, Belçika

Əsas mövzular