22:20 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Глава дипломатии Европейского Союза Федерика Могерини

Qəti qərar verildi – Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək

© AP Photo / Virginia Mayo
DÜNYA
Qısa URL
92 0 0

Sanksiyalar bu siyasətin yalnız bir hissəsidir və siyasət, həmçinin Ukraynaya dəstəyin göstərilməsini də nəzərdə tutur

BAKI, 7 noyabr — Sputnik. Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Monrela Universitetinin tələbələri önündə çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu (sanksiyanın tətbiqi siyasəti) davam etdiriləcək. Çünki Avropa tamamilə bu faktı anlayır ki, sərhədlərin güc yolu ilə dəyişdirilməsi tabudur və bu tabu olaraq da qalmalıdır, əks halda biz iki əsr geri qayıdacağıq. Bunu isə heç kəs istəmir" - deyə Moqerini bildirib.

Onun sözlərinə görə, sanksiyalar bu siyasətin yalnız bir hissəsidir və siyasət, həmçinin Ukraynaya dəstəyin göstərilməsini də nəzərdə tutur.

Aİ rəsmisi, eyni zamanda Rusiya ilə bir sıra sahələrdə əməkdaşlıq etdiklərini də dilə gətirib: "Biz Rusiya Federasiyası ilə İranın nüvə sazişi, Yaxın Şərq, Arktika üzrə siyasət sahələrində əməkdaşlıq edirik. Bəzi məsələlər var ki, biz o məsələlər üzrə ümumi anlayışa gələ bilmirik, lakin bir-birimizlə danışmağa davam edirik. Belə məsələlərdən biri Suriyadır".

Əlaqədar

Tramp müsəlmanlara görə Çinə sanksiya tətbiq edəcək
Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya
Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir
Münasibətlər daha da pisləşə bilər: Rusiyaya qarşı yeni sanksiya hazırlanır
Fransa ərəbləri sanksiya ilə hədələdi
Teqlər:
Avropa İttifaqı, Rusiya, Sanksiya, Federika Moqerini

Əsas mövzular