16:00 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Анкара

Qardaş ölkədə hökumət süni qiymət artımına qarşı sərt tədbirlərə keçdi

CC BY 2.0 / Jorge Franganillo / Ankara: Dikmen Vadisi
DÜNYA
Qısa URL
24 0 0

Türkiyə hökuməti süni qiymət artımına qarşı sərt tədbirlərə keçib

BAKI, 4 noyabr — Sputnik. Türkiyə hökuməti ölkədə süni qiymət artımı ilə bağlı sərt tədbirlərə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ticarət naziri Ruhsar Pekcan nazirlikdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, yaradılmış “qaynar xətt”ə əsassız qiymət artımı ilə bağlı 48 min şikayət daxil olub. Bu vaxta qədər 5 min 743 şirkətə məxsus 81 min 666 məhsulun satışı üzərində araşdırma aparılıb və 366 şirkətin 6 min 399 malı ilə bağlı icazəsiz qiymət artımı müəyyən olunub. Belə hallara görə dərhal cəza tədbirlərinə əl atılmır. Qarşı tərəfin də fikirləri öyrənilir, vəziyyət ətraflı təhlil olunandan sonra qərarlar verilir.

Qeyd edək ki, son 3 ayda Türkiyənin milli valyutası lirənin məzənnəsi xeyli aşağı düşüb. Oktyabrın 20-də 1 ABŞ dolları 6,3 lirəyə dəyişdirilib. Hökumətin və Türkiyə Mərkəzi Bankının tədbirləri nəticəsində prosesin qarşısı alınıb. Hazırda 1 dollar 5,43 lirəyədir. Lirənin məzənnəsinin aşağı düşməsi qarşılıqlı ödəmələrdə problem yaradır. Bundan istifadə edən bəzi işbazlar süni qiymət artımı ilə narazılıq yaradırlar.

Əlaqədar

Qiymət artımı əhalini pis vərdişlərdən çəkindirmək üçündür
Tütün məhsullarının qiymət artımı davam edəcək
YAP-dan qiymət artımına reaksiya: "Bu dəyişikliyi..."
Nazirlər Kabinetinin qiymət artımı qərarının incəlikləri bəlli oldu

Əsas mövzular