02:00 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Əməliyyat nəticəsində çıxarılmış qaşıq

Düz 1 il boğazında udduğu qaşıq ilə yaşadı - FOTO

© Xinjiang Meikuang General Hospital
DÜNYA
Qısa URL
91 0 0

Nəfəs almaqda çətinlik çəkən gənc xəstəxanada müayinə olunan zaman boğazında qaşıq qaldığı müəyyən olunub

BAKI, 3 noyabr — Sputnik. Çində Zanq adlı bir nəfərin başına gələnlər hamını təəccübləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 santimetrlik qaşığı udan və uzun müddət elə yaşayan kişi həkimə müraciət edir. 20 yaşında olan Zanq dava zamanı sinəsinə yumruq dəyib. Özünü narahat hiss edən gənc həkimə müraciət edib. Nəfəs almaqda çətinlik çəkən gənc xəstəxanada müayinə olunan zaman boğazında qaşıq qaldığı müəyyən olunub.

Rentgen şəkli
© Xinjiang Meikuang General Hospital
Rentgen şəkli

Zanq deyib ki, qaşığı 1 il əvvəl dostları ilə mübahisə zəminində udub. O, köksünə yumruq dəyənə qədər heç bir narahatlıq keçirmədiyini vurğulayıb.

Gənc əməliyyat olunub və 2 saat sonra qaşıq boğazından çıxarılıb.

Əsas mövzular