22:23 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Здание Пентагона в Вашингтоне

ABŞ Meksika ilə sərhədə qoşun göndərir

© AP Photo / Charles Dharapak
DÜNYA
Qısa URL
85 0 0

ABŞ sərhədlərinə doğru Meksika ərazisi ilə Mərkəzi Amerikadan gələn qaçqın karvanı irəliləyir

BAKI, 28 oktyabr - Sputnik. Amerikalı hərbçilər artıq ölkənin cənub sərhədlərinə beton maneələr daşımağa başlayıblar. Yaxın günlərdə bu istiqamətə çoxsaylı hərbi kontingent də göndəriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis məlumat verib. 

Onun sözlərinə əsasən, əməliyyatın detalları və hərbçilərin sayı dəqiqləşdirilir. Söhbət qaçqınlara qarşı əməliyyatdan gedir.

ABŞ sərhədlərinə doğru Meksika ərazisi ilə Mərkəzi Amerikadan gələn qaçqın karvanı irəliləyir. Qaçqınların sayı bəzi məlumatlara görə on minə yaxınlaşır. ABŞ prezidenti Donald Tramp qaçqınların arasında cinayətkarların və terrorçuların olduğunu bəyan edərək sərhədçiləri sərt olmağa çağırıb. Meksika rəsmiləri Trampın iddialarını təkzib ediblər.

"Sizi buraxmayacaqlar. Ölkəmizə girişin qaydaları mövcuddur", - ABŞ daxili təhlükəsizlik naziri Kirsten Nilsen efirdən qaçqınlara müraciət edərək deyib.

Əsas mövzular