15:30 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Yataq, arxiv şəkli

Yaşadığı bir anlıq zövq onu əlil arabasına məhkum etdi

CC0 / Free-Photos / Bed
DÜNYA
Qısa URL
75 0 0

Həyatı kabusa döndüyü üçün qadın "Are Uzzz" adlı istehsalçı şirkəti məhkəməyə verir

BAKI, 18 oktyabr — Sputnik. Böyük Britaniyada qadın seks zamanı yataqdan yıxılaraq onurğa sütununu zədələdiyi üçün yataq istehsal edən şirkəti məhkəməyə verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Britaniyanın Maidenhed şəhərində yaşayan Kler Busbi 5 il əvvəl evindəki əşyaları dəyişdirib.

4 uşaq anası olan Busbi uşaqlarının və həyat yoldaşı ilə özünün də çarpayısını dəyişdirib.

Ancaq bir həftədən sonra qadın həyatının faciəsini yaşayıb. Əri ilə cinsi əlaqədə olan zaman qadın başı üstə çarpayıdan düşüb və qalxa bilməyib. Təcili yardım gəldikdən sonra müəyyən edilib ki, qadının onurğa iliyi zədələnib. Busbi müalicə müddətində iki dəfə infarkt riski də yaşayıb və əlil arabasına təhkim olub. Həyatının kabusa döndüyü üçün qadın "Are Uzzz" adlı istehsalçı şirkəti məhkəməyə verib.

Qadın iddia edib ki, yataq onu ling kimi kənara tullayıb və yataq evə gətirildiyi zaman elə keyfiyyətsiz olub. Qadın şirkətdən 1 milyon sterlinq (2 milyon manat) təzminat tələb edib.

İstehsalçı şirkətdən isə məhsulları ilə bağlı heç bir zaman şikayət almadıqlarını və qadının yatağın kənarından düşə biləcəyini bildiriblər.

Əsas mövzular