15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Suriya

Vaşinqtonun "İrana birbaşa, Rusiyaya dolayısı ilə zərbə" planı üzə çıxdı

© AP Photo / Hassan Ammar
DÜNYA
Qısa URL
197 0 0

"ABŞ rəhbərliyi İranla birbaşa qarşıdurmaya hazır deyil və ona görə də İran rəhbərliyinə qarşı siyasi və iqtisadi təzyiqi gücləndirməyi planlaşdırır"

BAKI, 17 oktyabr — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi İranla mübarizədə yeni strategiya hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın NBC telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, yeni strategiya Rusiya şirkətlərinə də təsirsiz ötüşməyəcək. "ABŞ rəhbərliyi İranla birbaşa qarşıdurmaya hazır deyil və ona görə də İran rəhbərliyinə qarşı siyasi və iqtisadi təzyiqi gücləndirməyi planlaşdırır" — deyə məlumatda vurğulanır.

Mənbələrin sözlərinə görə, Birləşmiş Ştatlar rəhbərliyi İran və Rusiyanın nəzarətində olan Suriya regionlarının bərpası ilə məşğul olan İran şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək: "Birləşmiş Ştatlar Suriyanın bərpası üzərində işləyən İran şirkətlərinə birbaşa, Rusiya şirkətilərinə isə dolayısı ilə yeni sanksiyalar tətbiq edəcək".

Əlaqədar

ABŞ-ın Ermənistandakı səfirindən sensasion bəyanat: "Yerevan güzəştə getməli olacaq"
Politoloq: “Türkiyə ilə ABŞ arasında razılaşma var”
ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edilib
ABŞ-da erməni restoranında atışma: Ölən və yaralanan var
ABŞ donanmasının ən nəhəng aviadaşıyıcısı regionumuza daxil olub
Teqlər:
sanksiya, İran, Suriya, Rusiya, Birləşmiş Ştatlar, ABŞ, şirkət

Əsas mövzular