15:28 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Мужчина в наручниках, фото из архива

Lotu Quli saxlanıldı

© Sputnik / Anar Mustafayev
DÜNYA
Qısa URL
1080 0 0

İddiaya görə, Nadir Səlifov Rusiyada, daha dəqiqi, Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığıb

BAKI, 9 oktyabr — Sputnik. İstanbul polisi məşhur azərbaycanlı "qanuni oğru", Lotu Quli kimi tanınan Nadir Səlifova qarşı əməliyyat keçirib.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, kriminal avtoritet əməliyyat nəticəsində saxlanılıb. Əməliyyat axşam saatlarında həyata keçirilib. Onun ifadəsi alınmaq uçun İstanbul Əmniyyət Müdirliyin aparıldığı bildirilir.

Səlifovun Rusiya mətbuatında yayılan bir xəbərdən sonra saxlanıldığı diqqəti çəkib. Rusiya mətbuatı "Türkiyədəki qanuni oğru Rusiyada xərac toplayır" başlıqlı yazı ilə çıxıb.

İddiaya görə, Nadir Səlifov Rusiyada, daha dəqiqi, Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığıb. Onun xərac toplamaq üçün internet vasitəsilə videobağlantı qurduğu bildirilir.

Xatırladaq ki, Bir il əvvəl həbsdən buraxılan Nadir Səlifov digər "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) öldürülməsindən sonra gündəmə gəlib. Onun əvvəllər Caniyevin nəzarətində olan bölgələri bir-bir ələ keçirdiyi bildirilir.

Əlaqədar

"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO
Lotu Qulinin azərbaycanlı düşməni Kiyevdə saxlanıldı - VİDEO
"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir
Sarkisyanın Lotu Qulini öldürtmək planının təfərrüatı: Onların nə maraq toqquşması var?
Sankt-Peterburqda Lotu Qulinin adamı güllələndi
Teqlər:
Lotu Quli, "qanuni oğru", əməliyyat, İstanbul, polis, həbs

Əsas mövzular