04:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Pivə

Qol vurdu və meydanda pivə içdi - VİDEO

CC0 / manfredrichter / Beer
DÜNYA
Qısa URL
60 0 0

Epizod sosial şəbəkələrdə müzakirələrə səbəb olub

BAKI, 3 oktyabr — Sputnik. Futbol üzrə İsveç çempionatının 24-cü turunda "Hammarbyu" və "Göteborq" oyununda qeyri-adi hal yaşanıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, "Hammarbyu" klubunun kapitanı, Türkiyə əsilli Kennedi Bakirçioğlu vurduğu qoldan sonra pivə içib. 

Bakirçioğlu cərimə zərbəsindən qol vurub. Belə ki, qol vurduqdan sonra Bakirçioğlu sevinmək üçün meydanın kənarına qaçıb. Bu an sevinən azarkeşlərdən biri ona içində pivə olan plastik stəkan atıb. Futbolçu stəkanı tutaraq oradan pivə içib.

Epizod sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Görüş "Hammarbyu"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Teqlər:
oyunçu, pivə, qol, İsveç, futbol

Əsas mövzular