04:07 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Kanada polisi, arxiv şəkli

Üç dəfə ömürlük həbs: Qarşısına çıxan hər kəsi öldürürmüş

© AFP 2018 / Cole BURSTON
DÜNYA
Qısa URL
120 0 0

Milyonçunun oğlu atasının pullarını yeni biznesə xərcləməsinin qarşısını almaq üçün onu da öldürübmüş

BAKI, 27 sentyabr — Sputnik.  Kanadada oğul atasının ölümündə təqsirkar bilinib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanadanın “MillardAid” aviaşirkətinin rəhbəri, milyonçu Ueyn Millard 2012-ci ildə öz evində ölüdürülüb. O zaman milyonçunun oğlu Dellen Millard polisə açıqlamasında bildirib ki, atası depressiyadan və alkoqolizmdən əziyyət çəkirmiş. Bundan sonra onun ölümü intihar kimi qəbul edilmişdi. Dellenin o zaman 27 yaşı olub və o, atasının bütün varidatını ələ keçirərək, şirkətə rəhbərliyə başlayıb.

Yarım il sonra Dellen 32 yaşlı kanadalı Tim Bosmanın itkin düşməsində şübhəli bilinib. Dellen Bosmanın avtomobil satışı ilə bağlı elanı ilə bağlı onunla görüşüb və bu görüşdən sonra Timi görən olmayıb. Tim avtomobili yoxlamaq üçün Dellena onu sürməyə icazə verib. O, özü də avtomobilə oturub və… yoxa çıxıb.

Avtomobili Dellenin anasına məxsus evin qarşısında tapıblar. Salonda barıt və qan izləri olub. Araşdırma nəticəsində Dellenin Timin ölümündə günahkar olduğu sübuta yetirilib.

Bundan sonra polis Dellenin keçmiş sevgilisinin yoxa çıxmasını da təkrar yoxlamaq qərarına gəlib.

Dellenin sevgilisi Laura Babkok Ueyn Millardın ölümündən 3 ay əvvəl yoxa çıxıb. Məlum olub ki, Dellen yeni sevgilisinə №o qızı həyatından silməyə” söz verib. Həmin vaxt da Tim Bosmanın halında olduğu kimi, qız yoxa çıxıb. Beləliklə qızı tapmaq mümkün olmayıb.

İstintaq müəyyən edib ki, Dellen qızı az öncə əldə etdiyi xüsusi sobada yandırıb.

Dellen 2016-cı ildə ömürlük həbs cəzasına məhkum edilib. Bir il sonra ona Laura Babkoku öldürməsinə görə daha bir ömürlük həbs cəzası verilib.

Amma dəhşətli cinayətlər bununla bitməyib. Ueyn Millardın ölümünün yeni araşdırılması zamanı “intihar” zamanı istifadə edilən tapançanın üzərində Dellenin qan izləri aşkar edilib. Məlum olub ki, milyonçunun oğlu atasının pullarını yeni biznesə xərcləməsinin qarşısını almaq üçün onu da öldürübmüş…

Teqlər:
qatil, aviaşirkət, milyonçu, Kanada

Əsas mövzular