22:22 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
LUKoil

Vahid Ələkbərovun şirkəti dünyada ikinci oldu

© Sputnik / Aleksey Danichev
DÜNYA
Qısa URL
42 0 0

Ötən il reytinqin lideri olan Rusiyanın "Qazprom" şirkəti bu il 17 pillə geriləyib

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti "S&P Global Platts" şirkətinin qlobal illik enerji şirkətlərinin reytinqində ikinci pilləni tutub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, il ərzində "Lukoyl" reytinqdə 4 pillə irəliləyib.

Reytinqdə ilk pilləni amerikanın "ExxonMobil" şirkəti tutub. Reytinq müəllifləri şirkətin uğur qazanmasını "neft qiymətlərinin yenidən qalxması" və ABŞ-dan "ixrac bum"unun gözləntiləri ilə əlaqədardır.

İlk beşliyə, həmçinin ABŞ-a "Phillips 66", Almaniyanın "E.ON" və Çinin "China Shenhua Energy Co Ltd" şirkətləri də daxil olub.

Ötən il reytinqin lideri olan Rusiyanın "Qazprom" şirkəti bu il 17 pillə geriləyib.

"S&P Global Platts"-nın hazırladığı qlobal enerji şirkətlərinin reytinqinə 250 şirkət daxil edilir. Reytinqin hazırlanmasında şirkətlərin aktivlərini dəyərləri, gəlirləri, xalis gəlirləri, həmçinin kapitallara yatırımlardan əldə olunan gəlirlər nəzərə alınır.

Teqlər:
"S&P Global Platts", "ExxonMobil", "Lukoyl", Vahid Ələkbərov, Qazprom, reytinq

Əsas mövzular