00:51 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1609 0 0

Əməliyyatın başlanğıcından bu günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi həlak olub, 241 nəfər yaralanıb

BAKI, 22 sentyabr — Sputnik. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak, Siirt, Diyarbakır, Ağrı əyalətlərində və İraqın şimalında 14-20 sentyabr tarixlərində keçirilən xüsusi əməliyyatlar zamanı 56 PKK terrorçusu zərərsizləşdirilib.

Sputbik Azərbaycan Türkiyə KİV-inə istinadla xəbər verir ki, Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı qolunun rəhbərlərindən biri də var. Bundan əlavə, Türkiyənin təhlükəsizlik qüvvələri əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 41,94 min ədəd qutu papiros, 669 min çətənə kolu və 725 kiloqram narkotik vasitə müsadirə ediblər.

Türkiyə hərbçilərinin "Zeytun budağı" əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi həlak olub, 241 nəfər yaralanıb.

Teqlər:
terrorçu, "Zeytun budağı" əməliyyatı, təhlükəsizlik qüvvələri, Türkiyə

Əsas mövzular