Sputnik bu ölkədə ilk beşliyə daxil oldu

© Sputnik / Nina Zotina / Mediabanka keçidSputnik
Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Redaksiyadan verilən məlumata görə, bu müddət ərzində agentliyin auditoriyası 3 dəfə böyüyüb.

BAKI, 17 sentyabr — Sputnik. Sputnik Fransada ən çox oxunan xəbər və informasiya saytlarının beşliyinə daxil olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə KİV-in planlaşdırılması və qiymətləndirilməsi ilə məşğul olan com Score şirkətinin məlumatlarında deyilir.

Agentlik ölkədə fəaliyyət göstərən xarici media saytları arasında BBC, The Guardian, CNN Network-u geridə buraxaraq 5-ci yeri tutub. Sputnik eyni zamanda Liberation Cnews və Nouvelobs Fransa media nəhənglərini də geridə qoyub.

Bununla yanaşı Sputnik Fransada ən çox ziyarətedilən saytların 20-liyinə də daxil edilib. Qeyd edək ki, keçən ilin iyul ayında Sputnik siyahıda 69-cu idi. Redaksiyadan verilən məlumata görə, bu müddət ərzində agentliyin auditoriyası 3 dəfə böyüyüb.

Xatırladaq ki, Sputnik 32 dildə multimedia internet saytını özündə birləşdirən, dünyanın 80 şəhərində və internetdə rus, ingilis və fransız dillərində analoq və rəqəmli radio yayımını həyata keçirən beynəlxalq KİV-lərindən biridir.

Sputnik informasiya resusrsunun auditoriaysı ayda 50 milyondan çox ziyarətçi, "Veybo" sosial şəbəkəsində Sputnik Çinin 9 milyona yaxın təqibçisi var. Sputnikin dünyada fəaliyyət göstərən 22 redaksiya mərkəzində onlarla millətlərin nümayəndələri olan min nəfərdən çox insan çalışır

Sputnik "Rossiya seqodnya" media qrupuna daxildir və mərkəzi ofisi Moskvada yerləşir.

Xəbər lenti
0