15:47 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
ABŞ prezidenti Donald Tramp

Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzadıb: "Terror təhlükəsi var"

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
29 0 0

ABŞ prezidenti 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzatdığını bəyan edib

BAKI, 11 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-dən sonra ölkədə elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

ABŞ prezidentinin bəyanatında qeyd olunur ki, ölkədə terror təhlükəsi hələ də qalır və buna görə də 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi binalara və Vaşinqton ətrafında yerləşən Pentaqonun binasına çırpıblar. Onlardan biri isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə terror aktları nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan yaralanıb.

Əlaqədar

Donald Trampın böyük təhdidi blef çıxdı
Trampdan eks-prezidentə qarşı hörmətsizlik - VİDEO
İran prezidenti Donald Trampın sirrini açdı: "Hər gün..."
"Twitter" Trampa xəbərdarlıq etdi
ABŞ-ı qarışdıracaq kitab gəlir, Tramp biabır edilib
Teqlər:
11 sentyabr 2001-ci il, fövqəladə vəziyyət rejimi, Donald Tramp, ABŞ, terror, prezident

Əsas mövzular