23:52 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
49 0 0

Heiko Maas: "Türkiyədə əsassız ittihamlarla 7 Almaniya vətəndaşı həbsdə saxlanılır"

BAKI, 3 sentyabr — Sputnik. Almaniyanın xarici işlər naziri Heiko Maas sentyabrın 5-də Türkiyəyə rəsmi səfər edəcək. Sputnik Azərbaycan "Haber7"-ə istinadla xəbər verir ki, səfər zamanı Maas türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. İki ölkənin xarici işlər nazirləri İstanbulda alman məktəbinin 150 illiyik yubiley mərasimində iştirak edəcəklər.

Səfərdən əvvəl Almaniyanın "Bild am Sonntag" qəzetinə açıqlama verən almaniyalı nazirə "Türkiyə böhran yaşayır. Türkiyəyə maliyyə baxımından da kömək etmək vacibdirmi?" sualı verilib. Nazir cavab olaraq bildirib ki, "Türkiyəni siyasi və iqtisadi cəhətdən dirçəltmək kimi bir hədəfimiz yoxdur".

"Burada əsas məsələ Türkiyəyə konkret maliyyə yardım göstərmək deyil, əksinə, Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Bunun üçün Türkiyə də səy göstərməlidir" — deyə alman nazir vurğulayıb.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya gözlənilən rəsmi səfərindən nə gözləyirsiniz?" sualına isə almaniyalı nazir belə cavab verib: "Mən də Türkiyəyə səfər edəcəyəm. Türkiyədə əsassız ittihamlarla 7 Almaniya vətəndaşı həbsdə saxlanılır. İttihamnamə olmadan insanlar bir ildən çoxdur ki, həbsxanadadır. Bu qəbuledilməz vəziyyətə son qoyulması lazımdır".

ABŞ prezidenti Donald Tramp ilə bağlı da danışan nazir bildirib ki, Trampın Avropa İttifaqını Rusiya və Çin ilə birlikdə ABŞ-ın əleyhdarı kimi qiymətləndirməsi onu narahat edir: "Bütün problemlərə baxmayaraq, mən ABŞ-a olan inamımı heç vaxt itirməmişəm. Sanksiyalara qarşı maraqlarımızı qorumalıyıq. Sanksiyalar yalnız 80 milyonluq alman xalqını deyil, 500 milyonluq avropalını maraqlandırır".

Əlaqədar

SOCAR Türkiyədə nəhəng iddiasını ortaya qoydu: Almanların əvəzinə biz
Türkiyə Almaniyaya nota verdi
Almaniyada türk məscidi yandırıldı
Türkiyə üzünü Almaniyaya tutdu: Terrorçunu qaytarın
Almaniyadan Türkiyəyə ağır zərbə
Türklər Almaniyaya niyə qaçır: 768 diplomat və məmur sığınacaq istəyib
Teqlər:
xarici işlər naziri Heiko Maas, Türkiyə, səfər, Almaniya, ABŞ, görüş

Əsas mövzular