02:39 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
122 0 0

Xəstəliyin yayılmasına yay mövsümündə havaların çox isti keçməsi səbəb olub

BAKI, 30 avqust — Sputnik. Yunanıstanda 16 nəfər Qərbi Nil virusu qızdırmasından dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəstəliyə ümumi olaraq 133 nəfər yoluxub.

Qızdırma ağcaqanadlar vasitəsilə yayılır. Avqustun 23-nə olan məlumata görə, 107 yoluxma halından 11-i ölümlə nəticələnmişdi.

"Təəssüf olsun ki, xəstəlik çox sürətlə yayılır. Xəstəlik daha çox Attika və mərkəzi Makedoniyada yayılıb" deyə Xəstəliklərin Profilaktikası və Nəzarəti Milli Mərkəzindən bildirilib.

Həkimlərin sözlərinə görə, xəstəliyin yayılmasına yay mövsümündə havaların çox isti keçməsi səbəb olub.

"Biz hesab edirik ki, xəstəliyin pik vaxtı avqustun ortalarından sentyabrın ortalarına qədər olan müddətdir. Ancaq digər illərdə oktyabrın əvvəllərində də xəstəlik halları ilə qarşılaşmışıq" deyə mərkəzin əməkdaşı qeyd edin.

O, vətəndaşlara təhlükəsizlik qaydalarına əməl etməyi də məsləhət görüb: "Xəstəliyə yoluxmuş insanların təxminən 80 faizində heç bir əlamət müşahidə edilmir. 20 faizinə qədərində virus infeksiyası, 1 faizində isə ensefalit və ya meningit müşahidə edilir".

Qərbi Nil virusu ilk dəfə Yunanıstanda 2010-cu ildə ortaya çıxıb. 2010-2014 illər ərzində bu xəstəlikdən 80 nəfər dünyasını dəyişib. 2015-2016-cı illərdə isə xəstəlik faktı qeydə alınmayıb. 2017-ci ildə 48 yoluxma faktı qeydə alınıb və onlardan 5 nəfəri dünyasını dəyişib.

Teqlər:
qızdırma, ölüm, virus, Yunanıstan

Əsas mövzular