03:29 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Məhbus, arxiv şəkli

Avtoritet Vaqif Nəbiyev Afrikada saxlanıldı - VİDEO

© Sputnik / Tabyldy Kadyrbekov
DÜNYA
Qısa URL
119 0 0

Nəbiyev bir sıra qətllərdə, dələduzluqda və silah alverində ittiham olunur

BAKI, 29 avqust — Sputnik. Afrikada yerləşən Qana Respublikasında dərbəndli avtoritet, kriminal aləmdə “Volf” ləqəbi ilə tanınan Vladimir (Vaqif) Nəbiyev saxlanılıb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadla xəbər verir ki, Nəbiyev bir sıra qətllərdə, dələduzluqda və silah alverində ittiham olunur.

Nəşrin məlumatına əsasən, Nəbiyev 2017-ci ildə Ramazan və Arsen Kafarov qardaşlarının oğurlanmasını təşkil edib.

Avtoritet onlardan şirkətlərinin və sərvətlərinin öz adamlarının adına keçirilməsini tələb edib.

Ramazan və Arsen qardaşları girovluqda vəhşicəsinə döyülüblər, onlara işgəncə verilib. Kafarovlar doqquz ay girov qalıblar.

2018-ci ilin aprelin 30-da qardaşlar qaçaraq Rusiyanın Qana səfirliyində sığınacaq alıblar.

Teqlər:
həbs, silah alveri, dələduzluq, qətl, avtoritet, Afrika

Əsas mövzular