Kabildə prezident sarayı raket hücumuna məruz qaldı

© AP Photo / Rahmat GulKabulda partlayış
Kabulda partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik insident barədə ətraflı məlumat verilmir

BAKI, 21 avqust — Sputnik. Əfqanıstan paytaxtı Kabildə prezident sarayı raket atəşinə məruz qalıb. Bu barədə Sputnik Azərbaycan "Tolo news" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, hücum prezident Əşrəf Qaninin Qurban bayramı münasibəti ilə çıxışı zamanı baş verib.

Raketlər prezident sarayına və bir çox xarici səfirliklərin də yerləşdiyi şəhərin hökumət məhəlləsinin yerləşdiyi əraziyə atılıb.

Hələlik insident barədə ətraflı məlumat verilmir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Daha sonra hücumun üsyançılardan ibarət dəstənin həyata keçirdiyi, onlardan ikisinin zərərsizləşdirildiyi bildirilir.

Xəbər lenti
0