"Bosfor" boğazına alternativ gəlir, Ərdoğan "İstanbul" boğazından danışdı

© REUTERS / Murad SezerBosfor boğazı
Bosfor boğazı - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, Türkiyə tarixində ölkə üçün strateji əhəmiyyət daşıyan ən böyük layihədir"

BAKI, 19 avqust — Sputnik. Türkiyə tərəfi "Bosfor" boğazına alternativ olacaq "İstanbul" kanalının tikintisi üzərində iş aparır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib.

"Yeni su arteriyasının uzunluğu 43 km təşkil edəcək. Kanalın hər iki tərəfində iki yeni şəhər salınacaq. Bu, Türkiyə tarixində ölkə üçün strateji əhəmiyyət daşıyan ən böyük layihədir. Biz onun həyata keçirilməsinə hazırıq", — deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan AKP-nin Ankara İdman Salonunda keçirilən VI qurultayında partiyanın sədrliyinə tək namizəd olub. Qurultayda iştirak edən 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Onlardan 1380-i Ərdoğanın lehinə səs verib, 1 səs isə etibarsız sayılıb.

Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Xəbər lenti
0