03:52 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Əl-Əqsa məscidində ibadət bərpa olundu

Müsəlmanların əsas məscidinin qapılarını bağladılar

© AP Photo / Oded Balilty
DÜNYA
Qısa URL
190 0 0

Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb

BAKI, 18 avqust — Sputnik. Qüdsdə polisə hücum səbəbindən Əl-Əqsa məscidinin qapıları növbəti dəfə bağlandı.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ərəb millətindən olan şəxs Məbəd Dağını ziyarət edəndən sonra polis əməkdaşlarına yaxınlaşaraq onlardan birini bıçaqla vurmağa çalışıb. Polisə hücum edildikdən sonra ərazidəki ziyarətçilər təxliyə edilib. Hərbçilər Əl-Əqsa məscidinə girişi bağlayıb.

Fələstində hadisə ilə bağlı təcili iclas keçirilib. Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb.

Teqlər:
Əl-Əqsa məscidi, Mahmud Abbas, İsrail hökuməti, Qüds

Əsas mövzular