14:57 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
İran prezidenti Həsən Ruhani, arxiv şəkli

Ruhanidən Xəzər razılaşması ilə bağlı ilginc sözlər: “Fikir ayrılıqları var”

© AFP 2018 / STR
DÜNYA
Qısa URL
6834 0 0

Xəzərin cənubunda İran, Azərbaycan və Türkmənistan arasında fikir ayrılıqları var

BAKI, 15 avqust — Sputnik. “Xəzərin statusuna dair hüquqi konvensiyanın üzərində 22 il davam edən işdən sonra 30% problem həll olunub, lakin digər məsələlər qalıb”. Sputnik Azərbaycan "İRNA" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

"Rusiya əvvəllər hesab edirdi ki, Xəzər dənizinin böyük hissəsi ona məxsusdur, lakin bu gün ona cəmi 17% məxsusdur" – Ruhani vurğulayıb.

O, əlavə edib ki, Xəzərin cənubunda İran, Azərbaycan və Türkmənistan arasında fikir ayrılıqları var.

Ruhani qeyd edib ki, İran və Azərbaycan səmərəli razılaşmalara imza atıb, lakin hələlik həll olunmayan məsələlər var.

İran prezidentinin sözlərinə görə, Xəzər dənizində təhlükəsizlik məsələsi Qazaxıstanda keçirilən Xəzəryanı ölkələrin sammitində həll olunub: "NATO və ABŞ gücləri Xəzər sularında mövcud olmaq istəyirdilər".

Ruhani əlavə edib ki, sammitdə istənilən hərbi bazanın tikintisi və xarici ölkələrə məxsus gəmilərin üzməsi qadağan olunub.

Əlaqədar

Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə danışıb
Xəzər problemi üzrə yüksək səviyyəli görüşün keçiriləcəyi yer və tarix məlum oldu
Putin: Xəzər sammiti dövrün fövqündə duran hadisədir
Xəzər dənizində ABŞ bazası? — Rəsmi Astana izahat verdi
Xəzər dənizi üçün həlledici gün gəlib çatdı
Teqlər:
Türkmənistan, Azərbaycan, İran prezidenti Həsən Ruhani, Xəzərin hüquqi statusu

Əsas mövzular