02:03 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
İŞİD bayrağı

Gəzən təhlükə böyüyür

© REUTERS / Rodi Said
DÜNYA
Qısa URL
97 0 0

Və onun qlobal şəbəkəsi "Əl-Qaidə" kimi artan bir təhlükədir.

BAKI, 15 avqust — Sputnik. Birləşmiş Millətlər Təşkilatı İŞİD döyüşçülərinin sayını açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, BMT-nin hesabatına görə, İŞİD terror təşkilatının Suriya və İraqa 30 minə yaxın döyüşçüsü var. Və onun qlobal şəbəkəsi "Əl-Qaidə" kimi artan bir təhlükədir.

BMT-nin bu həftə yayımlanan hesabatında deyilir ki, İŞİD-lə uğurlu mübarizəyə baxmayaraq, terror təşkilatının nümayəndələri Suriya və İraqda öz müqavimətini davam etdirir.

BMT ekspertləri qeyd edir ki, İŞİD ideologiyası əhəmiyyətli dərəcədə Əfqanıstanda, Liviyada və eyni zamanda Cənub-Şərqi Asiya və Qərbi Afrikada dəstəklənir.

Hesabatda qeyd edilir ki, "Əl-Qaidə"nin təsiri bir çox dünya ölkələrində, o cümlədən Somali, Yəmən və Cənubi Asiyada İŞİD-dən daha güclüdür.

Teqlər:
say, döyüşçü, hesabat, terror təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, İŞİD

Əsas mövzular