05:06 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Türk lirəsi, avro və dollar

Türkiyədə rekord üstünə rekord baş verir

© AP Photo / Emrah Gurel
DÜNYA
Qısa URL
259 0 0

Dolların məzənnəsi 6 lirəni keçərək rekordu təzələyib

BAKI, 10 avqust — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün Bakı saatı ilə 10.23 radələrində 6 lirəni keçərək rekordu təzələyib. Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, dolların bahalaşmasına Türkiyə ilə ABŞ arasında gedən sanksiya böhranı təsir edir.

Bu arada Türkiyədə avronun məzənnəsi də 7 lirəni keçərək rekordu təzələyib.

Xatırladaq ki, Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət Amerika ilə Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, müzakirələrin davam etdiyini deyib.

Rahib Bransonın həbsi və Vaşinqton rəhbərliyinin aldığı sanksiya qərarları səbəbi ilə Türkiyə və ABŞ arasında başlayan böhranı həll etmək üçün ABŞ-a gedən türk nümayəndə heyəti dünən ABŞ dövlət katibinin birinci müavini Con Sullivan ilə bir araya gəlib.

Əlaqədar

Bir paylaşım ölkəyə 20 milyard dollar ziyan vurdu
Üç böyük qonşumuzda dollar sıçrayışı yaşanarkən, manatı hansı aqibət gözləyir?
Vaşinqton Ankaraya verdiyi üstünlüyü geri alır, dollar isə rekord təzələməkdədir
Türkiyədə növbəti dollar şoku
Teqlər:
lirə, dollar, ABŞ, Türkiyə

Əsas mövzular