07:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Ər-Riyad

Səudiyyə Ərəbistanından Kanadaya qarşı absurd addım

CC0 / apriltan18 / Er-Riyad
DÜNYA
Qısa URL
10201

Krallığın xarici işlər nazirliyi Kanada səfirini persona-non-qrata elan edib və ona ölkəni tərk etmək üçün 1 sutka vaxt verib

BAKI, 6 avqust — Sputnik. Ər-Riyad Ottavadakı səfirini məsləhətləşmək üçün geri çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının KİV-ləri məlumat yayıb.

Bununla yanaşı, Krallığın xarici işlər nazirliyi Kanada səfirini persona-non-qrata elan edib və ona ölkəni tərk etmək üçün 1 sutka vaxt verib.

Səudiyyə Ərəbistanı həmçinin, Kanada ilə bütün ticarət əlaqələrini və investisiya əməliyyatlarını dondurub.

Krallıq digər tədbirləri də görmək hüququnu özündə saxlayır. 

Bu mübahisənin səbəbi isə müasir dünyada xeyli absurd görünə bilər. Çünki BMT üzvü olan dövlətlərin hamısı İnsan Hüquqları Haqqında Bəyannaməyə qoşulub. Bu Bəyannaməyə əsasən üzv dövlətlər BMT ilə əməkdaşlıq şəraitində insan hüquqlarına və əsas azadlıqlara ümumi hörmət və onlara əməl olunmasına yardım etməyi öhdələrinə götürüblər. Üstəlik, burada insan hüquqlarının pozulmasının heç bir ölkənin daxili işi olmadığı əksini tapıb. Kanada da bu öhdəlik və tövsiyələri əsas tutaraq Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulmasına etirazını ifadə edib və Krallıqdan vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı istəyib.

Bu müstəvidə Kanadanın xarici işlər naziri Xrist Friland bəyan edib ki, Səudiyyə Ərəbistanında həbsdə olan blogger Raif Bədəvinin bacısı, hüquq müdafiəçisi Samar Bədəvinin həbsi barədə informasiyadan son dərəcə narahat olub. Friland Ər-Riyadı hər iki şəxsi azadlığa buraxmağa çağırıb. Onun bu bəyanatı Ər-Riyadda ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirilib.

Qeyd edək ki, "Səudiyyə Ərəbistanının liberal şəbəkəsi" adlı internet saytın yaradıcısı Raif Bədəvi 2012-ci ildə Krallığın ruhani liderlərini və din polislərini tənqid etdiyinə görə həbs olunub. Onu həmçinin İslam dinini təhqir etməkdə, kibercinayətlərdə və Səudiyyə Ərəbistanında cinayət sayılan "ata itaətsizliyi"ndə ittiham ediblər. Bədəviyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Əlaqədar

Səudiyyə Ərəbistanına qar yağdı - VİDEO
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir inqilabi yeniliyə imza atıldı
ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı
Səudiyyədə daha bir inqilab: Qadınlar üçün moda həftəsi keçirilir

Əsas mövzular