07:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Helsinkidə supermarketdə yatan ailə

İstidən supermarketdə yatdılar

© REUTERS / Lehtikuva/Heikki Saukkomaa
DÜNYA
Qısa URL
69 0 0

İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb

BAKI, 6 avqust — Sputnik. Avropa isti hava ilə mübarizə aparır, insanlar supermarketlərdə yatır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qlobal istiləşmənin təsiri Avropada da özünü hiss etdirməyə başlayıb. İsti hava Avropada yanğın və quraqlığa səbəb olur. Finlandiyada insanlar istidən qorunmaq üçün supermarketlərə gedərək, gecəni orada keçirir.

Finlandiyada normalda avqust ayında təxminən 19 C istilik olduğu halda Finlandiyada hava tempraturu 30 C-yə qalxıb. Helsinkidə bir supermarket qapılarını 100-ə yaxın müştərisinə açaraq onların orada yatmasına icazə verib.

Keçən həftə Yunanıstanda başlayan yanğın 91 nəfərin ölümünə səbəb olmaqla yanaşı minlərlə insanın evsiz qalmasına səbəb oldu.

Portuqaliyanın paytaxtı Lissabonun Kascais qəsəbəsində kondinsionerlərin həddən artıq istifadə edilməsi səbəbilə elektrik enerjisinin verilməsi dayandırılıb. On minlərlə insan işıqsız qalıb. İspaniya və Portuqaliyada havanın tempraturu 40 C-ni keçib, hissedilən hava istiliyi isə 47-48 C–dir. İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb. Hollandiya və Almaniyada çaylar quruyub.

Əsas mövzular