04:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
ABŞ və Avropa Birliyinin bayraqları

Avropa Vaşinqtona qarşı: ABŞ-ın sanksiyalarına qarşı addım

© Sputnik / Alexey Vitvitsky
DÜNYA
Qısa URL
51 0 0

Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırır

BAKI, 6 avqust — Sputnik. Avropa İttifaqı avqustun 7-indən etibarən Avropa şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qoruyacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva bildirib.

Qeyd edək ki, bu gün Birləşmiş Ştatlar bu gündən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları bərpa edib.

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırır. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Əlaqədar

ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir
Politoloq: “Türkiyə tərəfi sanksiyalara adekvat cavab verəcək”
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
Putin Qərb ölkələrinə qarşı sanksiyaları uzatdı

Əsas mövzular