05:07 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

"Bizimlə heç kəs təhdid dili ilə danışa bilməz" – Ərdoğan

© Sputnik / Mikhael Klimentyev
DÜNYA
Qısa URL
104 0 0

"Təhdidlə dolu sözləri heç kimə sərfəli deyil. Biz təhdid dilindən istifadənin yol verilməz olduğunu düşünürük"

BAKI, 2 avqust — Sputnik. Birləşmiş Ştatlar tərəfindən Türkiyənin ünvanına səsləndirilən təhdidlər yolverilməzdir. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə prezidenti bu barədə ABŞ-dan olan keşiş Endryu Bransonun saxlanılması ilə bağlı ABŞ – Türkiyə münasibətlərində yaranan gərginliyə münasibət bildirərkən vurğulayıb.

"Təhdidlə dolu sözləri heç kimə sərfəli deyil. Biz təhdid dilindən istifadənin yol verilməz olduğunu düşünürük", — deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, amerikalı yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir.

Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biri idi. ABŞ rəhbərliyi — şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər edib. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

Əlaqədar

Ərdoğan əxlaqsız qonşusu barədə danışdı
Ərdoğan bir daha ABŞ-ın planlarına qarşı gedəcəyini bəyan edib
Ərdoğan İrana görə müttəfiqinə qarşı çıxdı
Ərdoğan Özildən danışdı: "Gözlərindən öpürəm"

Əsas mövzular