19:19 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
304 0 0

Alimlər qeyd edirlər ki, istilik sağlamlıq problemi olmayan gənclərə də ciddi təsir göstərə bilir

BAKI, 24 iyul — Sputnik. Uzun sürən isti hava şəraiti insanın beyninə təsir edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, istilər hava insanın biliyinə də təsirsiz ötüşmür.

Amerikanın Harvard universitetinin alimləri bu qənaətə gəliblər. Onlar Boston universitetinin köməyi ilə test ediblər. Testə razı olan tələbələr bir yataqxanada yaşamağa başlayıblar. İsti havada bir neçə otaqda kondisioner quraşdırılıb, digərlərində isə bu edilməyib.

Havalar qızdıqca kondinsionersiz otaqlarda qalan tələbələr onlara verilən tapşırıqları yetirəndə həll sürəti 13 faiz aşağı düşüb, bəzi hallarda isə bu rəqəm 50 faiz olub.

Buna görə də alimlər qeyd edirlər ki, istilik heç bir sağlamlıq problemi olmayan gənclərə də ciddi təsir göstərə bilir.

Əsas mövzular