20:42 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
93 0 0

Bir müddət əvvəl analoji hadisə ABŞ-ın Memfis şəhərində baş vermişdi

BAKI, 22 iyul — Sputnik. Amerikada dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 4 yaşlı uşaq təsadüfən öz qohumunu güllə ilə vurub. Güllə uşağın 2 yaşlı əmisi oğluna dəyib. Uşaq aldığı yaralardan keçinib.

Hadisə Maskoy şəhərində baş verib. Hazırda hüquq mühafizə orqanları silahın uşağın əlinə necə keçdiyini araşdırır.

Xatırladaq ki, bir müddət əvvəl analoji hadisə ABŞ-ın Memfis şəhərində baş vermişdi. 3 yaşlı oğlan uşağı təsadüfən bir yaşlı bacısını vurmuşdu. Qızın həyatını xilas etmək mümkün olmamışdı. Bədbəxt hadisə 25 yaşlı Şon Murun körpəni digər uşağın yatağına qoyduqdan sonra baş vermişdi. Şon silahını da 3 yaşlı uşağın yatağına qoyubmuş.

Teqlər:
tapança, ölüm, atəş, uşaq

Əsas mövzular