00:31 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
İranda terror, arxiv şəkli

İranda vəziyyət gərginləşdi, 10 hərbçi öldürüldü

© REUTERS / Tasnim News Agency
DÜNYA
Qısa URL
41001

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb

BAKI, 21 iyul — Sputnik. Cümə günü axşam saatlarında İranın Kürdüstan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.

Teqlər:
ölüm, əsgər, partlayış, hücum, terrorçular, İran

Əsas mövzular